Ruslar Moskvada müsəlmanların “alkaş”lığından şikayətləndi - RƏZALƏT

Artıq “müsəlman” adı daşıyan qızlar da Moskva parklarında əyyaşlıq edirlər...
 
 
Rusiyanın iri şəhərlərində müsəlman miqrantlarla bağlı yeni qalmaqal yaranmağa başlayıb.
 
Moderator.az-ın rusdilli İslam saytlarına isrinadla verdiyi xəbəri oxuyanda günahın məhz miqrantlarda olduğunu etiraf etməmək olmur. Məsələ bundadır ki, keçmiş sovet məkanında daim rusların əyyaşlığından bəhs edildiyi halda bu dəfə ruslar müsəlman hesab edilən bəzi miqrantların, xüsusən Orta Asiya müsəlmanlarının, loru dildə desək, “alkaş”lığından şikayət edirlər. Sosial şəbəkələrdə belə “müsəlman”ların binaların qarşısındakı  uşaq meydançalarında, parklarda və s. pivə, araq içərək orada istirahət edən uşaq və yaşlıları narahat etmələrindən yazırlar...
 
Məsələn, “Jivoy jurnal”da  “Mossudmed” niki ilə yazan moskvalı deyir ki, axşamlar iti ilə gəzməyə çıxanda müsəlmanların(?) nalayiq davranışlarının şahidi olur. Bu rus demək olar ki, hər dəfə itlərin təbii ehtiyaclarını ödəmək üçün ayrılmış meydançada it nəcasəti arasında yerdən əyləşib araq, pivə  “vuran” özbək və ya taciklərə rast gəlir və onları söyərək oradan qovur. Bir dəfə isə tacik, yaxud özbək qızla oğlanın birlikdə “vurduğunu” görüb. “Artıq müsəlmanlar Moskvada günün-günorta çağı da “vurur”lar. Bundan sonra nə demək olar, yoldaşlar?”-deyə moskvalı öz postunda yazır.
 
Orta Asiyalıların hətta Ramazan ayında və Qurban bayramı günlərində də əyyaşlıq etməsindən danışan ruslar onların özlərini çox aqressiv apardıqlarını, küçələrdə, ictimai yerlərdə kimə gəldi söz atdıqlarını da, bir sözlə, konfliktə meyilli olduqlarını bildirirlər. Bunları yazan moskvalılar onu xüsusi olaraq vurğulayırlar ki, müsəlman(?) miqrantların bu cür əyyaşlıqları və qeyri-adekvat davranışları Rusiyada hansısa güclərin milli münaqişələri alovlandırması üçün münbit zəmin hazırlayır.
Sosial şəbəkə istifadəçiləri onu da istehza ilə qeyd edirlər ki, “möminlər”  artıq asanlıqla “kafirlər”ə bənzəməyəçalışırlar. Və əlavə edirlər ki, görünür, öz vətənlərində ailə başçılarının, kənd ağsaqqalarının nəzarəti altında sərbəst şəkildə “alkaş”lıq edə bilməyənlər məhz belə “azadlığı” əldə etmək üçün iş bəhanəsi ilə Rusiyaya qaçırlar...
 
P.S. Nə yazıqlar ki, deyilənlər yalan deyil, Rusiyaya, Ukraynaya və s. gedib-gələnlər və ya orada qohum-əqrəbası olanlar müsəlman adı daşıyanlar arasında haram işki və qida düşkünlərinin günü-gündən artdığını yaxşı bilirlər.Təəssüf ki, belələri arasında soydaşlarımız da var. Və  onsuz da son illər Azərbaycanın özündə də alkoqolizm problemi ciddi məsələyə çevrilməyə başlayıb...
 
Sultan Laçın

Загрузка...
Загрузка...