Ruslar Krımda müsəlmanların evlərinə girdi

Rusiya hərbçiləri Krım yarımadasının Baxçasaray şəhərində vətəndaşlara məxsus ev və obyektlərdə axtarışlara başlayıb.
 Axar.az xəbər verir ki, məlumatı “Krım xəbər agentliyi” yayıb.
 Məlumata görə, hərbi geyimdə olan silahlı şəxslər şəhərin 6-cı mikrorayon ərazisində tatarlara məxsus 3 evdə və 1 iaşə obyektində axtarışlar aparıb.
 Axtarışların hansı məqsədlə aparıldığı bəlli deyil.
 Qeyd edək ki, rusların tatarlara qarşı təzyiqləri günü-gündən artmaqdadır.