Ruslar Kremlin Dağlıq Qarabağa müdaxiləsinə

Rusiyanın “Exo Moskva” radiosu son günlər kəskinləşən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı izləyiciləri arasında virtual sorğu keçirib.
Turaninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, dünən səhər saatlarında başlayan sorğuda indiyə kimi 12196 adam iştirak edib.
“Rusiya Qarabağ münaqişəsinə müdaxilə etməlidirmi?” – sualına respondentlərin 73%-i (8912) “Yox”, 21%-i (2525) “Hə” cavabı verib. 6% (759) isə cavab verməkdə çətinlik çəkib.
Sorğudan bu nəticəyə gəlmək mümkündür ki, rus xalqı hökumətin Dağlıq Qarabağ münaqişəsinə hər hansı müdaxiləsini dəstəkləmir.