Rusiyaya şad xəbər: AB sanksiyadan imtina etdi

 
Avropa Birliyi yaxın vaxtlarda Rusiyaya sanksiyalar tətbiq etməkdən imtina edib.
 
Axar.az xəbər verir ki, bu barədə AB diplomatlarından biri "Röyters"ə məlumatında bildirib.
 
Diplomatın sözlərinə görə, Avropa Şurasının rəhbəri Donald Tusk Avropa Birliyinin sammitində yeni sanksiyaların tətbiqindən imtina edib.
 
Qeyd edilir ki, 20-21 oktyabrda keçiriləcək sammitdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməyəcək, ancaq bundan imtina da edilməyəcək.