"Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcəyik" - Donald Tusk

Avropa Şurasının sədri Donald Tusk bəyan edib ki, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları ləğv etmək fikrində deyil.
Avropa.info xəbər verir ki, Tusk sanksiyaların Rusiya Minsk razılaşmasının şərtlərini yerinə yetirməyənədək davam edəcək.
“Avropa Birliyi Rusiyaya qarşı mövcud siyasi münasibəti davam etdirəcək. O cümlədən iqtisadi sanksiyaları. AB Minsk razılaşmasının yerinə yetirilməsini tələb edir” – Tusk belə deyib.
Avropa Şurası sədri deyib ki, Rusiya qarşı sanksiyalar qərarı iki-üç həftə ərzində qəbul olunacaq.