Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

 
Avropa Şurası bu yaxınlarda bir hesabat dərc etdi. Hesabatda Çin və Rusiyanın Mərkəzi Asiyaya, o cümlədən Qazaxıstana ekspansiyasının qarşısının alınmasından söhbət gedirdi.
 
Hesabatın müəllifləri Mettyu Dyuşatel, Fansua Qodeman, Kadri Liik, Jeremi Şapiro, Luiza Slavkova və Anjel Stanzel idi. Hesabatın əsas mesajı odur ki, Rusiya və Çinin cəhdlərindən qorxmaq lazım deyil. Qeyd edilir ki, Avropa böyük bazarın mövcudluğu və “yumşaq güc” kimi üstünlüklərindən istifadə edərək Çin və Rusiyanın Mərkəzi Asiyadakı təşəbbüslərini yəhərləməlidir.
 
Publika.az “365info.kz” saytına istinadən xəbər verir ki, hesabatda Avrasiya İqtisadi İttifaqının Moskvanın liderliyi altında yeni siyasi blokun rəsmiləşdirilməsi üçün yaradıldığı bildirilir.
 
Bu günə kimi Avropa sözügedən layihəni, həmçinin “Bir zolaq – bir yol” layihəsini dünya geosiyasəti üçün arzu edilməyən hesab etsə də, ondan müəyyən məsafədə dayanırdı. Hesabatın müəllifləri bu yanaşmanı səhv hesab edirlər. Onların fikrincə, bu strategiya Rusiya və Çini sadəcə bir-birinə daha yaxın olmağa itələyə bilər və onlar Avropa üçün təhlükə yaradacaqlar.
 
Hesabatın müəllifləri Qazaxıstanın Asiyaya açar olduğunu bildirir və qeyd edirlər ki, Mərkəzi Asiyada yeni rolu oynamaq üçün Avropa regionun əsas dövlətləri ilə. xüsusilə Qazaxıstanla münasibətləri dərinləşdirməlidir.
 
“Avropa Birliyinin bazarları bu ölkələrə lazımdır. Onlar Avropaya Rusiya və Çinin nəzarətindən çıxmaq üçün ümidlə baxırlar. Avropa elə etməlidir ki, heç bir ölkə regiondan enerji resurslarlarının ixracı marşrutlarına tək nəzarət etməsin. Bunun üçün Avropa dövlətləri, həm də Avropa Birliyinin idarəetmə orqanları “Bir zolaq – bir yol” kimi layihələrə sərmayə qoymalıdır (Çin lideri Si Szinpin 2013-cü ilin sentyabrında Astanadakı çıxışı zamanı “Bir zolaq  - bir yol” layihəsini elan edib –red.)  İnvestisiyalar Avrasiya İqtisadi İttifaqı və Çinin inteqrasiya təşəbbüsləriilə əməkdaşlıq üçün yeni mexanizmlərlə əlavə edilməlidir”, - hesabatda bildirilib.
 
 
Müəlliflər qeyd edirlər ki, Avrasiya inteqrasiyası uzaq perspektivli məsələdir: “Rusiya və Çin problemləri kifayət malikdir və bir-biri ilə rəqabət aparırlar. Amma istənilən bölgü zamanı Mərkəzi Asiyada Avropa Birliyi üçün əsas ölkə Qazaxıstan olacaq”.
 
Bütün ideyaların Qazaxıstanın ətrafında dövr etdiyini qeyd edən hesabatın müəllifləri Avrasiyada inteqrasiya proseslərini udmağın və Rusiya ilə Çini cilovlamağın yollarını göstərirlər:
 
- Regional sabitlik iqtisadi sabitlikdən asılıdır. Qazaxıstan və bütün Mərkəzi Asiya Rusiyadakı iqtisadi sarsıntılardan və Çin iqtisadiyyatının artım sürətinin azalmasından əziyyət çəkir. “Bir zolaq - bir yol” layihəsinin detalları aydın və birmənalı göstərilməyib. Qazaxstanlılar üçün layihə konkret iş planı deyil, ehtimal ki, hansısa fəlsəfə konsepti kimi görünür. Avropa Birliyi bundan istifadə edərək, layihədə öz yerini rəsmiləşdirə bilər.
 
- Avropa regionun respublikaları arasında mühərrik və bağlayıcı vasitə kimi Qazaxıstandan istifadə edərək Mərkəzi Asiya ilə ticarəti və əməkdaşlığı inkişaf etdirməlidir. Bu çox zaman ikitərəfli müqavilələrə və münasibətlərə üstünlük verən Çin və Rusiyanın strategiyalarına zidd olacaq.
 
 
- Avropa Birliyi regionda Rusiyanın hərbi baxımdan güclənməsini diqqətlə müşahidə etməlidir.
 
- Avropa Birliyi Qazaxıstanda elm və texnologiyaların inkişaf etdirilməsinə kömək edə bilər. Astana regional innovasiya-texnologiya mərkəzi roluna iddia edir.
 
 
- Avropa Birliyi Rusiya və Çinin təşəbbüslərinin müzakirələrinə Qazaxıstan ictimaiyyətinin cəlb edilməsi ideyasını dəstəkləməlidir.