Rusiyanın Ukraynadakı səfirliyinə hücum Moskvanı hiddətləndirdi

Rusiyanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası verib.
 
Turaninfo.az Ölkə.Az Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, notada sentyabrın 17-də gecə Rusiyanın Kiyevdəki səfirliyinə hücumla bağlı araşdırma aparılması və diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması tələb olunur.
 
Qeyd edək ki, Rusiyanın Kiyevdəki səfirliyi sentyabrın 17-də gecə naməlum şəxslərin hücumuna məruz qalıb.
 
Məlumata görə, 20-dək naməlum şəxs diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıb.
 
Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya da ciddi ziyan dəyməyib