Rusiyanın Türkiyəyə qarşı film kimi CASUS OYUNU - MİT DE-ŞİFRƏ ETDİ

Rusiya Türkiyədən casusunu almaq üçün yalan danışıb.
 
Publika.az xəbər verir ki, İstanbulda çeçen komandir Vahid Edelqiriyevi öldürən qrupun üzvləri olan 2 rus casus ötən il Türkiyə Milli İstihbarat Təşkilatı tərəfindən tutulub. Casuslardan biri Aleksandr Smirnovun 2000-2011-ci illərdə 7 çeçeni öldürdüyü ortaya çıxıb.
 
 
Rusiyalı rəsmilər bir neçə gün öncə bir ildir İstanbulda həbsdə olan Smirnovun qaytarılmasını istəyib. Ruslar casuslarını almaq üçün oyun oynayıblar. Belə ki, onlar həbsdə olan şəxsin Smirnov yox, rus iş adamını qətlə yetirən “Validol” ləqəbli Valid Lurahmayev olduğunu və Rusiya tərəfindən qırmızı bülletenlə axtarıldığını iddia ediblər. İddiaya görə, V.Lurahmayev Smirnov adına saxta pasportla Türkiyəyə daxil olub.
 
Türkiyə kəşfiyyatı isə araşdırma apararaq, rusların yalan danışdığını və həbsdə olan şəxsin - V. Lurahmayevin məhz casus Aleksandr Smirnov olduğunu aşkarlayıblar. Smirnovun barmaq izləri də rusların yalan dediyini təsdiq edib. Məsələ ilə bağlı Rusiyaya rəsmi məlumat verilib.
 
Türkiyə mediası isə baş verənləri baş rollarda Bred Pitt və Robert Redfordun oynadığı “Casus oyunu” ("Spy Games") filmi ilə müqayisə edib. Filmdə Çində həbsdə olan Amerika casusunun xilası üçün eyni metoda əl atılır.
 
Asif

Загрузка...
Загрузка...