Rusiyanın tanınmış aktyorundan Azərbaycana dəstək - FOTO

Rusiyanın tanınmış aktyoru və şoumeni Dmitri Nağıyev Azərbaycana dəstək nümayiş etdirib.
Turaninfo.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, tanımış aktyor özünün Facebook səhifəsinin fonunda Azərbycan bayrağını yerləşdirib.
Bundan başqa, ulduz aktyor Qarabağ cəbhəsində gedən gündəlik döyüşlər barədə Azərbaycan saytlarının məlumatlarını paylaşaraq, haqq işində Azərbaycana dəstək olduğunu nümayiş etdirib.
Dmitri Nağıyev 1967-ci il parelin 4-də Sankt-Peterburq şəhərində anadan olub. Onun babası Qulma Nağıyev əslən azərbaycanlı olub. Rusiya teleməkanında bir çox populyar verilişlərdə aparıcılq edən Dmitri hazırda ölkədə izləyici rekordları qıran “Fizruk” serialında çəkilir.