Rusiyanın tanınmış aktyoru xəstəxanaya yerləşdirilib

 
Rusiyanın tanınmış teatr və kino aktyoru Vladimir Tolokonnikov xəstəxanaya yerləşdirib.
 
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, aktyorun vəziyyəti M.Lermontov adına Alma-Ata Dövlət Akademik Rus Dram Teatrının qastrol səfəri zamanı pisləşib.
 
V.Tolokonnikova səhhətində problemlər olduğundan təyyarə ilə səfər etmək pis təsir edib. Təcili xəstəxanaya çatdırılan aktyorun vəziyyəti hazırda stabildir. O, reanimasiya şöbəsindən palataya köçürülüb.
 
Qeyd edək ki, 73 yaşlı aktyorun ürəyində şuntlama əməliyyatı aparılıb.
Xatırladaq ki, V.Tolokonnikov 60-dan çox bədii filmə çəkilib. Ona məşhurluq gətirən filmi M.Bulqakovun əsəri əsasında çəkilən "İt ürəyi" ekran əsərində oynadığı obraz olub. V.Tolokonnikov 1973-cü ildən Lermontov adına Alma-Ata Akademik Rus Dram Teatrında çalışır.