Rusiyanın qonşusu ölümcül silahlar hazırlayacaq

Ölümcül silahların hazırlanmasına 800 müəssisə cəlb ediləcək.
 Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov çıxış edib.
 "Partnyorlarımızdan ölümcül silahların alınması süni şəkildə əngəllənib. Biz özümüz bu silahları hazırlamalı olacağıq. Ukrayna döyüş sursatlarının istehsalı üçün dövlət proqramını çox tez reallaşdırmalıdır. Prosesə təxminən 800 Ukrayna müəssisəsini cəlb etmək olar", - Turçinov qeyd edib.
 Qeyd edək ki, ABŞ hökuməti Ukraynaya ölümcül silahların göndərilməsi sözünü versə də, sonradan müəyyən əngəllərin yaradılması prosesi dayandırdı. Ölümcül silahların Ukraynaya göndərilməsi gündəmə gətirilərkən də Rusiya qəti şəkildə buna qarşı çıxmışdı.