Rusiyanın qarşısını almaq üçün atılacaq 5 addım

Rusiyanın Qərbə təhdidi həm də Qərbin zəiflikləri ucbatından yaranır.
 
Axar.az xəbər verir ki, bu iddia ilə “National İnterest” qəzeti çıxış edib. Qəzet Rusiyanın qarşısının alınması üçün NATO-nun 5 məsələ ilə bağlı addım atması gərəkdiyini bildirib:
 
“İlk növbədə kəşfiyyat səviyyəsi qaldırılmalıdır. Rusiyanın bir sıra təlimləri artıq NATO üçün tam gözlənilməz olub. Alyansın bu istiqamətdə investisiya çatışmazlığı var. İkinci addım hərbi hava qüvvələrinin sayının artırılmasıdır. Bunun üçün ilk addım Şərqi Avropada atılmalıdır. Üçüncü məsələ Rusiyaya bənzər inteqrasiya olunmuş raketdən müdafiə sistemi yaradılmalıdır. Alyans artıq ilk addımını Rumıniyada raketdən müdafiə sistemləri yaratmaqla atıb. Dördüncü amil Qərbin soyuq müharibə dövründə olduğu kimi radioelektron mübarizəni öyrənməyi bacarmasıdır. Bu istiqamətdə silah, şəxsi heyət çatışmazlığı çoxdur. Sonuncu addım isə nüvə arsenalının dəyişdirilməsi və NATO nüvə doktrinasının yenilənməsidir”.