Rusiyanın nüfuzuna güclü zərbə: DAHA BİR PEYKİ İTDİ

Baxış sayı: 
197

 
 
Rusiyaya məxsus “Baykonur” stansiyasından kosmosa buraxılan “Anqosat” peyki ilə əlaqə itib.

Turaninfo.org xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Agentlik Anqolaya məxsus peykin orbitə çıxdıqdan sonra stansiya ilə əlaqəsinin kəsildiyini bildirib. Hələlik insidentin səbəbi bəlli deyil.

Qeyd edək ki, “Anqosat” Anqolanın sifarişi ilə Rusiyada hazırlanıb. Peyk bu gün səhər kosmosa buraxılıb.

Загрузка...
Загрузка...