Rusiyanın ən böyük qaraçı məhəlləsi zorakılıqla sökülür - FOTOLAR

Rusiyanın Tula şəhəri yaxınlığındakı Plexanovo qəsəbəsində yerləşən qaraçı məhəlləsinin söküntüsünə başlanılıb.
Lent.az-ın məlumatına görə, neçə aydır ki, medianını diqqətində olan söküntü işlərinə bir neçə saat əvvəl başlanılıb.
Qaraçılara aid saysız-hesabsız evlərin, kafe və mağazaların yerləşdiyi məhəlləyə onlarla buldozer və 400-ə yaxın polis və əsgər yeridilib.
Xatırladaq ki, adıgedən məhəllə təkcə Rusiyada yox, keçmiş SSRİ-də qaraçıların məskunlaşdığı ən böyük məkan sayılırdı.