Rusiyanın işğal altındakı torpaqlarımızın qaytarılmasına köməyi dəyə bilərmi? - VİDEOSORĞU

Azərbaycan- Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynayan tərəflərdən biri də Rusiyadır. 4 günlük müharibədən sonra Rusiyanın prosesə daha aktiv qoşulması da göstərir ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsinin özünün diqtə etdiyi şərtlər altında həllində maraqlıdır. Hazırda Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması gündəmdədir. Bəs, görəsən, münaqişənin bu həll variantının reallaşmasında Rusiya Azərbaycana  dəstək verəcəkmi? İşğal altındakı torpaqlarımızın qaytarılmasında bu ölkənin bizə köməyi dəyə bilərmi?
Musavat.com bu suallarla bağlı ictimai rəyi öyrənmək üçün paytaxt sakinlər arasında sorğu keçirib.
Repondentlərin əksəriyyəti Rusiyanın  bu prosesdə Azərbaycanın mövqeyini müdafiə edəcəyinə inanmadıqlarını bildirdilər.
Sorğu iştirakçısı olan gənc Rusiyanın hər zaman erməniləri dəstəklədiyini əsas gətirdi. Başqa bir xanım respondent isə Rusiyanın Azərbaycana münasibətini bilmək üçün tarixə nəzər salmaq lazım olduğunu bildirdi.
İctimai rəydən bəlli oldu ki, əhali Dağlıq Qarabağ probleminin açarının Rusiyanın əlində olduğuna inanır, lakin Rusiyanın bu məsələdə Azərbaycanın yanında olacağına birmənalı olaraq inanmır.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.