Rusiyanın idman naziri: "DÇ-2018 üçün tikilən stadionda gecikmə var"

Rusiyanın idman naziri və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko 2018-ci ildə keçiriləcək dünya çempionatı üçün Samarada tikilən stadionun inşasında gecikmə olduğunu bildirib. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, V.Mutko stadionun tikintisinin qrafikə uyğun olmadığını söyləyib.
O, 2-3 ay gecikmə olduğunu deyib: "Samarada gedən tikintidə bir az gecikmə var. Təbii ki, bu, narahatedici amildir. Təhlükəsizlik məsələləri ilə bağlı bəzi layihələrin dəyişdirilməsi səbəbindən gecikmələr olur".
Nazir gələn ilə bütün stadionların inşasının başa çatacağına ümid etdiyini qeyd edib.