Rusiyanın hərbi təyyarəsi Estoniyanın hava sərhədini pozub

Estoniya Rusiyanın AN-26 hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, məsələylə əlaqədar Estoniya ordusunun  baş qərargahı açıqlama yayıb.
"Rus hərbi təyyarəsi AN-26 saat 10:29-da Finlandiya körfəzində Vaindloo adası yaxınlığında Estoniya hava sahəsinə girdi. Təyyarə bir dəqiqədən az bir müddət Estoniya hava sahəsində olub. Sərhədi pozan təyyarə uçuş məlumat xidmətilə radio təmasına girmədi", -deyə açıqlamada qeyd olunub.
Rusiyanın Estoniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona hadisə ilə əlaqədar etiraz notası təqdim olunub.