Rusiyanın eks-naziri Türkiyə barədə

Anti-Türkiyə sanksiyaları biznesə vurulan zərbədir.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, Moskva Türkiyə ilə konflikti diplomatik yolla həll etməli idi:
“Biz əvvəlcədən bu iqtisadi sanksiyaları tətbiq etməməliydik. Bu sanksiyalar sayəsində biz hər iki tərəfə ziyan vururuq. Bu konflikti sərt diplomatiya dili ilə həll etmək lazım idi”.