“Rusiyanın ehtiyatları 2-3 il sonra bitəcək”

Rusiyanın maliyyə ehtiyatları ona 2-3 il kifayət edəcək.
 Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş Maliyyə naziri Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, Rusiya hazırda keçmişinin hesabına yaşayır:
 “Biz reallığı hiss etmirik. Öz neft rezervlərimizi satmaqla defisiti bağlamağa çalışırıq. Daha 2-3 il bunu edə biləcəyik”.