Rusiyanın dövlət rəsmisi Türkiyəyə qarşı kəskin ifadələr

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Türkiyəyə qarşı yenidən təhqiramiz ifadələrdən istifadə edib.
Avropa.info xəbər verir ki, Zaxarova mətbuata açıqlaması zamanı "Osmanlı imperatorluğunun sonunun nə olduğunu hamımız yaxşı bilirik" deyə bildirib.
Rəsmi Ankaranın Osmanlını yenidən canlandırmaq istədiyini irəli sürən dövlət rəsmisi sözlərinə belə davam edib:
"Türkiyə rəhbərliyi Osmanlı imperatorluğunun qədim gücünü geri gətirmək istəyirmiş kimi bir təəssürat buraxır. Ən azı türk rəhbərliyini siyasətinin bütün komponentləri belə bir nəticəyə gəlməyə rəvac verir. Ancaq Osmanlı imperatorluğunun sonunun nə olduğunu hamımız yaxşı bilirik".