​Rusiyanın Donbasla bağlı planı AÇIQLANDI

“Suriyanı tərk edəcək Rusiya hərbi qulluqçularının bir hissəsi yəqin ki, Ukraynanın şərqində döyüş əməliyyatları zonasında olacaq”.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Ali Radasının (“Xalq cəbhəsi” fraksiyası) üzvü Dmitri Tımçuk deyib.
“Suriyadan çıxan Rusiya gücləri Donbasda olacaqlarmı? Əlbəttə, olacaqlar. Sual yalnız hansı miqdarda və hansı tərkibdə olması ilə bağlıdır”, - Tımçuk əmindir.
Eyni zamanda ekspert əmin edib ki, Rusiya Donbasda yeni qruplaşmaların yerləşdiriləcəyi barədə qərar verərsə, bunu gizlətmək mümkün olmayacaq. Deputatın sözlərinə görə, Suriya istiqamətindən çıxarılan qoşunların Ukraynaya göndərilməsi yalnız 2019-ci il yanvarın sonunda mümkün ola bilər.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması haqqında əmr verib. O, əmri Suriyanın Xmeymim hərbi bazasında Rusiya hərbçilər qarşısında çıxışında açıqlayıb.
Ömər

Загрузка...
Загрузка...