Rusiyanın birinci kanalından Azərbaycana qarşı yeni təxribat

Rusiyanın birinci kanalında "Vremya pokajat" tok-şousunda Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Turaninfo.az  BAKU.WS-in məlumatınaistinadən, canlı yayımlanan verilişdə politoloqlar, siyasətçilər və tanınmış şəxslər qatılıb. Verilişdə çıxış edən rus və erməni qonaqlar Azərbaycana qarşı kəskin çıxışları ilə diqqət çəkiblər.
 Azərbaycan adından danışan qonaqların isə sözləri kəsilərək onlara mane olunmağa çalışılıb. Rus politoloqların ermənipərəst çıxışı və təxribat xarakterli açıqlamaları diqqətdən yayınmayıb. Tok-şouda münaqişəyə görə Türkiyə ittiham edilib.