​Rusiyanı şoka salan cinayət: polis hər yerdə bu azərbaycanlını axtarır - VİDEO/YENİLƏNİB

 
Rusiya mediasının məlumatına görə, qətlə yetirilən qadının 3 övladı olub. Öldürülən qız isə 32 yaşlı Azərbaycan vətəndaşı Qardaşov Rauf Camaləddin oğlunun doğma övladıdır.
 
Ehtimal olunur ki, Rauf Qardaşov cinayəti törətdikdən sonra intihar edib.
 
Saat 12:00
 
Xəbər verdiyimiz kimi, Rusiyanın Orsk şəhərində 32 yaşlı Azərbaycan vətəndaşı Qardaşov Rauf Camaləddin oğlu həyat yoldaşı və 4 yaşlı qızını xüsusi amansızlıqla qətlə yetirib və hadisə yerindən qaçıb.
 
Polis əməkdaşları və əməliyyatçılar qatilin tapılması üçün bütün şəhərdə axtarış işlərinə başlayıb. Şəhərin giriş və çıxışında xüsusi yoxlama postları yaradılıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
 
Saat 11:30
 
Rusiyanın Orsk şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
 
Turaninfo.az province.ru-ya istinadən xəbər verir ki, 32 yaşlı Azərbaycan vətəndaşı Qardaşov Rauf Camaləddin oğlu həyat yoldaşı və 4 yaşlı qızını xüsusi amansızlıqla qətlə yetirib və hadisə yerindən qaçıb.
 
Qadın və azyaşlının boğazları kəsilmiş cəsədlərini Rauf Qardaşovun qayınanası aşkar edib. O, dərhal polisə müraciət edib və Rauf Qardaşov barəsində axtarış elan edilib.
 
Qeyd olunur ki, qətldən öncə Rusiya Miqrasiya İdarəsi Qardaşovdan dərhal ölkəni tərk etməsini tələb edib.