Rusiyalıların yarıdan çoxu Savçenkonun günahkar olduğuna şübhə etmir

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi son sorğunun nəticələrinə görə, Nadejda Savçenkonun kim olduğunu bilən (belələri 65%-dir) rusiyalıların əksəriyyəti (81%) onun Rusiya jurnalistlərinin ölümündə günahkar olmasına şübhə etmir.
Turaninfo.az  Mərkəzin məlumatına əsasən xəbər verir ki, rəyi soruşulanların yalnız 4%-i ukraynalı pilot qadın Savçenkonun günahsız olduğunu düşünür.
Sorğuda iştirak edənlərin 45%-i əmindir ki, 22 il həbs cəzasına məhkum edilmiş ukraynalı pilot qadın qatı millətçidir və Rusiyaya nifrət edir. 18% onun öz xidməti borcunu yerinə yetirən əsgər olduğunu düşünür. Daha 6% isə Savçenkonu yaranmış vəziyyətin qurbanı hesab edir.
Rusiyalıların 43%-i Savçenko soyadını xatırladıqlarını, lakin onun kim olduğunu bilmədiklərini etiraf ediblər.
Sorğu iştirakçılarının 28%-i düşünür ki, Vladimir Putin Savçenkonu Ukrayna həbsxanalarında olan rusiyalılarla dəyişə bilər. 47% isə Putinin bu işə qarışmamağını istəyiblər.