Rusiyalılar sosioloji sorğulara nə dərəcədə inanır?

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin sosioloji sorğulara nə dərəcədə inandığını öyrənmək üçün tədqiqat aparıb. Tədqiqatın nəticələrinə görə, rusiyalıların əksəriyyəti hesab edir ki, sosioloji sorğular onların rəyini düzgün əks etdirir.
Turaninfo.az Novator.az-a istinadən xəbər verir ki, sorğu Rusiyanın 46 bölgəsinin 130 yaşayış məntəqəsində 1600 nəfər arasında aparılıb. Respondentlərin 70%-i bildirib ki, ictimai rəy sorğularının nəticələri vətəndaşların fikrini tam əks etdirir. 23% isə sosioloji sorğuların əhalinin fikirlərini əks etdirmədiyi qənaətindədir.
Sorğuya cəlb olunanların 7%-i suala cavab verməkdə çətinlik çəkib.