Rusiyalılar informasiyanı ən çox haradan alır?

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin hansı mənbədən informasiyaya üstünlük verdiyini araşdırıb. Novator.az xəbər verir ki, sorğunun mayın 4-də açıqlanan nəticələrinə görə, Rusiya əhalisinin 57%-i xəbərləri televiziyadan, 27%-i isə internetdən izləyir.
Respondentlərin 3%-i informasiya almaq üçün radiodan, 3%-i qəzetdən, 1%-i isə jurnaldan istifadə etdiyini deyib.
Hər 5 respondentdən biri (21%) televiziyadakı xəbər verilişlərinin bir neçə il əvvəlki proqramlardan maraqsız olduğunu qeyd edib.
KİV-lərə etimada gəlincə, mərkəzi televiziya kanallarının verilişləri öndədir. Rusiya əhalisinin 75%-i KİV-in mərkəzi televiziya kanallarına daha çox inanır.
1600 nəfərin qatıldığı sorğu Rusiyanın 46 vilayətinin 130 yaşayış məntəqəsində keçirilib.