Rusiyalılar Azərbaycana da gələ bilər: ABŞ-a gedə bilmək üçün

 
    
ABŞ-ın rusiyalılara bəzi vizaların verilməsində tətbiq etdiyi məhdudiyyət bu gündən qüvvəyə minir. Çox sayda rusiyalının viza üçün müraciət etdiyini nəzərə alan ABŞ-ın Rusiyadakı səfirliyi çıxş yolu göstərib.
 
Cebhe.info yerli mətbuata istinadən xəbər verir ki, rusiyalılar viza almaq üçün başqa ölkələrdəki Amerika diplomatik nümayəndəliklərinə müraciət edə bilərlər.
 
Seçim zamanı ABŞ-ın səfirliyi olan istənilən ölkəyə getmək və viza almaq üçün müraciət etmək mümkündür. Sadəcə konsulluq əməkdşları fərdi qaydada müraciətlərə baxacaq və bunun üçün nə qədər zaman tələb edildiyi açıqlanmır. Dövlət Departameninin qərarına görə, ABŞ-a getmək istəyən rusiyalılar müsahibə üçün 85 iş günü gözləməlidirlər.
 
Kiyev və ya Pekində isə müraciətlərə baxılma qaydası 4 gündür. Tbilisdə müsahibəni 8, Astana və Qahirədə 23, Daşkənddə 43 gün gözləmək lazımdır.
 
Xəzər
Cebhe.info

Загрузка...
Загрузка...