Rusiyalı “pis oğlanlar”ın siyahısı hazırlanır – Kremlə NÖVBƏTİ ZƏRBƏ

Baxış sayı: 
147

ABŞ prezidenti Donald Trampın administrasiyası “pis oğlanlar”ın siyahısı adlandırılan “Kreml məruzəsi” üzərində işləyir.
Publika.az xəbər verir ki, bu haqda “Kommersant” nəşri yazıb.
Sənədlə Rusiya vətəndaşlarının yer aldığı “qara siyahı” genişləndiriləcək. Siyahıya yüksək vəzifəli Rusiya məmurları və hakimiyyətə yaxın biznesmenlər daxil ediləcək. Sənədin 2018-ci il yanvarın sonuna kimi Konqresə təqdim edilməsi nəzərdə tutulur.
Atlantik Şurasının eksperti, Dövlət Departamentinin sanksiya siyasəti üzrə keçmiş koordinatoru Daniel Frid nəşrə deyib ki, məruzə üzərində Maliyyə Nazirliyi, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi bir sıra başqa idarələr işləyir.
Ömər

Загрузка...
Загрузка...