​Rusiyalı pilot Avropa çempionatının bir yürüşündən diskvalifikasiya olunub

"Fors İndia" komandasının Formula 1-də ehtiyat pilotu Nikita Mazepin Formula 3 üzrə Avropa çempionatının bir yürüşündən diskvalifikasiya edilib.
"Report"un məlumatına görə, buna pilotun Macarıstan mərhələsi zamanı rəqiblə dalaşması səbəb olub.
Hadisə sərbəst yürüş zamanı baş verib. "Van Amersfort Reysinq" komandasının üzvü Kallum Aylott rusiyalı pilotun yaxşı vaxt göstərməsinə mane olduğu üçün N.Mazepin buna etirazını bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra N.Mazepin ingiltərəli pilotun sifətinə iki zərbə endirib.
Qeyd edək ki, "Fors İndia" komandası rusiyalı idmançı ilə bu ilin fevralında uzunmüddətli müqavilə imzalayıb.