Rusiyalı deputat İlham Əliyevə teleqram göndərdi

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelev Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı teleqramı göndərib.
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kədərini bölüşən deputat bildirib ki, rusiyalılar da qardaş Azərbaycan xalqının faciəsini bölüşür, faciə qurbanlarını yad edirlər.
Deputat onu da bildirib ki, bu gün də dünyada çoxlu konfliktlər var. “Hamı maksimum çalışmalıdır ki, insanlar sülh və razılıq şəraitində yaşasın. Çünki bu cür faciələr bir daha yaşanmamalıdır”.