Rusiyadan Türkiyəyə tarixi jest

 
 
Ötən ilin 24 noyabr tarixində yaşanan təyyarə böhranından sonra türk vətəndaşlarına edilən viza tətbiqinə yenidən başlayan rəsmi Moskva geri addım atıb.
 
Ölkə.Az xəbər verir ki, Rusiya İqtisadiyyat Nazirliyi türkiyəli iş adamlarına tətbiq edilən viza rejiminin ləğvi üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
 
İqtisadiyyat nazirinin müavini Aleksey Lixaçyev açıqlamasında Türkiyədən də eyni addımı gözlədiklərini vurğulayıb:
 
"Biz həmçinin Rusiya Xarici İşlər Nazirliyindən tələb etdik ki, rus iş adamlarının Türkiyəyə vizasız səyahət edə bilməsi üçün Türkiyə Xarici İşlər Nazirliyi ilə müvafiq razılıq əldə etsinlər".
 
Xatırladaq ki, bu il avqust ayının əvvəllərində Türkiyə ilə Rusiya arasında əlaqələrin yaxşılaşdırılması çərçivəsində ticarət və turizm sahəsinin vacib olduğunu qeyd edən Rusiya prezidenti Vladimir Putin vizasız səyahətin yenidən gündəmə gələcəyini vurğulamışdı.