Rusiyadan Türkiyəyə kritik çağırış: Hazırlaşın!

 
Rusiya Türkiyədən embarqonun götürülməsi üçün hazırlıqların sürətləndirilməsini istəyib
 
Ölkə.Az xəbər verir ki, Rusiya Federal Baytarlıq və Fitosanitariya Nəzarət Xidməti Rusiyanın Türkiyəyə qoyduğu sanksiyaların addım-addım qaldırılması üçün lazımi hazırlıq işlərini sürətləndirməyə dəvət etdiyini bildirib. Türkiyənin 6 Oktyabrda Moskvada keçirilən danışıqlar nəticəsində 10 gün ərzində Rusiyaya göndəriləcək məhsulların bitki təhlükəsizliyini təmin edəcək tədbir proqramını təqdim etməsinə qərar verildiyini bildirib.
 
Bu, adıçəkilən qurum tərəfindən Türk məhsullarına tətbiq olunan məhdudlaşdırmanın addım-addım ləğv edilməsi kimi qiymətləndirilməlidir. Rusiya tərəfi hələ də proqramın onlara çatmadığını və bunun əldə edilən müqavilələrin həyata keçirilməsini çətinləşdirdiyini bildirib.
 
Qurum tərəfindən verilən açıqlamada, "Qarşılıqlı ixrac və idxalın yenidən başlanılması və inkişaf etdirilməsi üçün Rusiya, Türkiyədən bu proqramın ən qısa zamanda hazırlanması və təqdim olunmasını tələb etdi" deyilib.