Rusiyadan Türkiyəyə barış MESAJI

"Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirik, ancaq bunun üçün Ankara müəyyən addımlar atmalıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Ankara müəyyən addımlar atsa, münasibətlərin yenidən əvvəlki səviyyəyə dönməsi mümkündür:
"Biz də münasibətlərin normallaşmasını istəyirik. Ancaq prezident Vladimir Putininin dediyi kimi, Ankara vacib addımlar atmalıdır. Bu münasibətlərin gərginləşməsinə görə məyus olduq. Rəsmi Moskva Türkiyə ilə münasibətlərə böyük önəm verir".