​Rusiyadan Türkiyənin əməkdaşlıq təklifinə - Cavab

 
Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov Türkiyənin əməkdaşlıq təklifinə münasibət bildirib.
 
Axar.az xəbər verir ki, Moskva rəsmisi Ankara ilə əməkdaşlığa hazır olduqlarını bəyan edib:
 
“Rusiya və Türkiyə arasında Suriya mövzusunda fikir ayrılığı olduğu heç kimə sirr deyil. Bu səbəbdən Ankaranın təkliflərini dəyərləndirməyə hazırıq”.
 
Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada atəşkəslə bağlı Rusiya ilə əməkdaşlıq edəcəklərini deyib:
 
“Dünən İranın Xarici İşlər naziri Cavad Zərif burada idi. Atəşkəs mövzusunda fikir mübadiləsi apardıq. Rusiya ilə də bənzər danışıqlar aparmaq niyyətindəyik. Moskva səmimi bir şəkildə atəşkəs və humanitar yardım üçün bizimlə əməkdaşlıq etmək istəsə, biz buna hazırıq”.