Rusiyadan Türkiyə ilə bağlı xəbərdarlıq

Rusiya vətəndaşlarına turlar xaricində Türkiyəyə səfər etmələrini tövsiyə etmirik.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federal Turizm Agentliynin sədri Oleq Safanov söyləyib.
“Türkiyənin demək olar ki, hər bölgəsində hücumlar, partlayışlar həyata keçirilir. Təhlükəsizlik tədbirləri olduqca aşağı səviyyədədir. Bu səbəbdən vətəndaşların turlar xaricində bu ölkəyə səfər etmələrini tövsiyə etmirik”, - Safanov söyləyib.