​Rusiyadan şok Suriya açıqlaması: “CİA-nın işidir”

 
ABŞ-ın Suriya ordusunun mövqelərinə hücumlar həyata keçirəcəyi ilə bağlı yayılan məlumatlar CİA və Pentaqonun işi ola bilər.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
 
“Qərbin bəzi mətbuat orqanları ABŞ qüvvələrinin Suriya ordusuna aid mövqelərə hava hücumu həyata keçirəcəyi ilə bağlı informasiyalar ötürür. Bununla bağlı Ağ Evdə həyata keçirilən müzakirələr cəmiyyətə sızdırıldı. Keçmiş təcrübəyə söykənərək bu kimi məlumatların gələcəkdə baş verəcək təxribatların müjdəçisi olduğunu deyə bilərik”, - Konaşenkov bildirib.