​Rusiyadan şok: “Su-24-ü Türkiyədə ABŞ vurub”

 
Rusiya Prezident Administrasiyasına yaxın Strateji Araşdırmalar İnstitutunun prezidenti Leonid Reşetnikov Türkiyə ilə bağlı sensasiyalı açıqlama verib. Keçmiş kəşfiyyatçı ötən ilin noyabrında böyük qalmaqala səbəb olan Su-24 təyyarəsinin ABŞ tərəfindən vurulduğunu iddia edib.
 
Axar.az xəbər verir ki, Reşetnikov gələcəkdə bu tip təxribatların baş verməsini istisna etməyib:
 
“Rusiya təyyarəsini vurulmasında iştirak edənlər Ərdoğanın düşmənləri idi. Onlar əmrləri ABŞ-dan alıb. Əlimizdə İncirlikdəki ABŞ əsgərlərinin bu hadisədə iştirakını sübut edən dəlillər var.
 
Türk həmkarlarımıza bu mövzuda xəbərdarlıq etmək istəyirəm. Yeni təxribatlar ola bilər. Çünki Türkiyə ilə Rusiyanın yenidən yaxınlaşması Qərbi ciddi narahat edir.
 
Təyyarənin vurulması ilə 15 iyul dövlət çevrilişi arasında gizli bağlantı var. Rusiya olaraq biz bunu araşdırmışıq. Hər iki hadisənin arxasında Ərdoğanı iqtidardan uzaqlaşdırmaq vardı”.
 
Qeyd edək ki, Leonid Reşetnikov 33 il (1976-2009) Rusiya Xarici Kəşfiyyat Xidmətində çalışıb. O, 2000-ci illərin əvvəllərində Rusiyada Gülən camaatına qarşı aparılan əməliyyatların əsas təşkilatçısı olub.