Rusiyadan Əsədə növbəti dəstək - "Yaşıl dəhliz"

 
 
Bəşər Əsəd Rusiya layihələrinin Suriyada icrası üçün yaxşı şərtlər yaradacağı barədə bizə təminat verib. Həmçinin rəsmi Dəməşqlə “Yaşıl dəhliz” müqaviləsi də imzaladıq.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Suriya lideri Bəşər Əsəd və Xarici İşlər naziri Vəlid Müəllimlə baş tutan görüşü ilə bağlı TASS-a danışarkən deyib.
 
O bildirib ki, müzakirələrin əsas mövzusu Rusiyanın Suriya üçün nəzərdə tutduğu iqtisadi yardım olub:
 
“Rusiya şirkətlərinin Suriyada fəaliyyəti ilə bağlı razılığa gəldik. Bu gün enerji və nəqliyyat sahəsində Əsədə önəmli layihələr də təklif etdik”.
 
Roqozin bundan əlavə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracı ilə bağlı “Yaşıl dəhliz” adlı sadələşdirilmiş gömrük rejiminin tətbiqi barədə razılaşdığını da vurğulayıb.