​Rusiyadan Britaniyanın ittihamına qeyri-adi - Cavab

 
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Böyük Britaniyanın XİN rəhbəri Boris Consonun ittihamlarına cavab verib.
 
Axar.az xəbər verir ki, Zaxarova Consonun sözlərinə istehza edib:
 
"Hamısı doğrudur, iki sözdən başqa: Rusiyanın yerinə Böyük Britaniya, Suriyanın əvəzində isə İraq olmalıdır".
 
Qeyd edək ki, Böyük Britaniya XİN başçısı Suriyada müharibənin böyüməsində Rusiyanı ittiham edib.