Rusiyadakı Litva səfiri Qızıl meydandakı hərbi paradı izləməyə getmədi

Avropa İttifaqının Moskvada akkreditə olunmuş diplomatlarından yalnız biri – Litvanın Rusiyadakı səfiri Ryamigius Motuzas Qızıl meydanda bu dəqiqələrdə keçirilən hərbi paradı izləməyə getməyən səfirdir.
Turaninfo.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bir gün öncə Litva səfiri Moskvada Naməlum əsgərin məzarını ziyarət edib əklil qoymaqla İkinci Dünya müharibəsində həlak olanların ruhuna ehtiramını bildirib.
2014-cü ildə Krım Rusiyaya birləşdirildikdən sonra Litva diplomatları Qələbə paradlarında iştirakdan imtina ediblər. Rəsmi Vilnüs bunu dramatikləşdirməməyə çağırıb.