Rusiyada terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Krasnoyarskda ictimai nəqliyyatda terror aktının qarşısını alıb.
Turaninfo.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ilkin məlumata bildirilir ki, Orta Asiya ölkələrindən olan şəxslər bayram günlərində hücum təşkil etməyi planlaşdırıblar.
 Onların saxlanılması istiqamətində xüsusi əməliyyat mayın 6-da keçirilib.
 Xüsusi xidmət orqanları əməkdaşlarının şübhəli şəxslərdən terror məqsədi ilə istifadə edilə biləcək vasitələr götürdüyü bildirilir. Hələlik həmin şəxslərin kimliyi açıqlanmır.