Rusiyada prezident seçkiləri: Bülletenlərin 99 faizi hesablandı, Putin 76,65 faiz səslə irəlidədir - YENİLƏNİR

Seçki bülletenlərinin 99 faizinin hesablanmasının nəticələrinə görə, Vladimir Putin ötən gün Rusiyada keçirilən prezident seçkilərində 76,65 faiz seçici səsi toplayıb.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Rəsmi məlumata görə, Kommunist Partiyasının namizədi Pavel Qrudinin siyahıda 11,82 faiz səslə ikinci yerdə qərarlaşıb. Vladimir Jirinovski siyahıda 5,68 faiz səslə üçüncü yerdədir.
***
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 68,4 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 75,9 faiz səslə irəlidədir. İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 12,6 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak gəlir.
Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.
***
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 40 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 74,22 faiz səslə qalib gəlib.
***
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki bülletenlərinin 21,33 faizi sayılıb. İndiki nəticələrə əsasən, Vladimir Putin 71,97 faiz səs qazanıb.
***
Birinci “Ekzit-poll”un nəticələrinə görə, Rusiya prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putin liderlik edir.
Rusiyanın “İctimai Rəy” Fondunun (FOM) məlumatına görə, seçicilərin 7 faizi Putinə səs verib.
İkinci yerdə 11,8 faiz səslə Rusiya Kommunist Partiyasından namizəd Pavel Qrudin, üçüncü yerdə isə 5,9 faiz səslə Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski qərarlaşıb.
Ümumrusiya İctimai Rəy Tədqiqatı Mərkəzinin (VSİOM) keçirdiyi “eksit-poll”un nəticələrinə görə, Putinə rusiyalıların 73,9 faizi səs verib. Qrudin 11,2 və Jirinovski 6,7 faizlə sonrakı yerləri tuturlar.
***
Rusiyada keçirilən prezident seçkilərində 35 bölgədə səsvermə prosesi başa çatıb. Yerli vaxtla 20:00-da seçki məntəqələri bağlanıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 19.00-dək seçici fəallığı 59,5 faiz olub.
Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı Prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasından Pavel Qrudin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar (Axar.az).
***
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb.
Rusiya MSK-nın İnformasiya Mərkəzi yerli vaxtla saat 17.08-ə seçici fəallığının 51,9 faiz olduğunu açıqlayıb.
Qeyd edək ki, saat 12:00-a seçici fəallığı 34,72 faiz olub.
***
Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.
Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.
Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.
Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.
Rusiya prezidenti postuna 8 namizəd iddia edir.
Ömər Dağlı

Загрузка...
Загрузка...