Rusiyada evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb

Rusiyanın Sverdlovsk vilayətinin Suxoy Loq şəhərində xüsusi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.
Turaninfo.az  TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Sverdlovsk üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya görə, yanğının baş verməsinə səbəb sobanın nasazlığı olub.
"Bizim məlumatımız əsasən, yanğın nəticəsində 9 nəfər həyatını itirib: ev sahibinin ailəsi, qonaq gələn ailə və daha bir kişi qonaq. Bir nəfər xilas etmək xilas etmək mümkün olub. Çox güman ki yanğının baş verməsinə səbəb evin yanındakı hamamda soba sisteminin nasazlığıdır", - deyə, mətbuat xidməti bildirib.
Hadisə yerinə 21 nəfər, 8 yanğınsöndürən texinka cəlb edilib. Yanğın söndürülüb.