Rusiyada dünya çempionunu qətlə yetirən şəxs Bakıya uçarkən saxlanılıb - VİDEO

 
O, Şeremetyevo hava limanında təyyarədən endirilib
 
Moskva polisi kikboks üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayılovun qətlinin üstünü isti izlərlə açıb.
 
"Report" xəbər verir ki, onlara bu işdə müşahidə kamerasından əldə olunan videoyazı kömək olub.
 
Kadrlarda xarici markalı maşının ticarət mərkəzinə tərəf gəldiyi müşahidə olunur. Sükan arxasında sözügedən idmançı əyləşib. Bir neçə dəqiqədən sonra avtomobilin salonunda olan digər kişi onu güllələyir. Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçır. O, Azərbaycana uçmağa hazırlaşarkən Şeremetyevo hava limanında saxlanılaraq təyyarədən endirilib.
 
İlkin araşdırmalara görə, hadisəni idmançınını 31 yaşlı şimali qafqazlı tanışı törədib.
 
Mübahisə tərəflərin böyük məbləği öz aralarında bölə bilməməsi üstündə düşüb.