​Rusiyada dünya çempionunu öldürən şəxs azərbaycanlı çıxdı - Foto - Video

 
 
Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçev (120 kq) Xabarovsk şəhərində küçə davası zamanı öldürülüb.
 
Teleqraf.com xəbər verir ki, Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar əlbəyaxa dava zamanı Andrey Draçyova ölümlə nəticələnən zərbələr endirib.
 
İdmançının qətlə yetirildiyi anın videosu “Yutub”da yerləşdirilib.
 
Anar Allahverənovun həbsi üçün polis axtarış elan edib.

Загрузка...
Загрузка...