Rusiyada dövlət çevrilişi olub – Şok iddia

 
Kremlin ikinci şəxsi olan Sergey İvanovun istefaya göndərilməsi ciddi dəyişiklikdir.
 
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində isveçli politoloq Anders Oslund paylaşıb. Onun sözlərinə görə, bu, böyük çevrilişdir:
 
“İvanov Putinə qarşı müxalifətə liderlik edirdi. O, uzun illər Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Mixail Fradkov və Milli Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin daxil olduğu qrupa rəhbərlik edərək Putin, Milli Qvardiya və Kadırova qarşı dayanıb”.
 
Qeyd edək ki, İvanov dünən Prezident Administrasiyası rəhbərliyindən istefaya göndərilib.