Rusiyada DƏHŞƏTLİ QƏZA: Avtobus qatarın altında qaldı - 21 ölü - FOTO/VİDEO (YENİLƏNDİ)

Yol-nəqliyyat hadisəsində qurbanlarının sayı 21 nəfərə çatıb. Bu haqda“İnterfaks” agentliyinə qəzanın nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahdakı mənbə bildirib.
Ölənlərdən 3-ü uşaqdır. Avtobusun sərnişinləri Özbəkistan vətəndaşları idilər.
Versiyalardan birinə görə, qəza nəticəsində ölən avtobus sürücüsü yol-nəqliyyat hadisəsinin gunahkarı olub. Başqa versiyaya görə isə qəzaya səbəb avtobusun nasazlığı olub.
***
Həlak olanlar barədə müxtəlif informasiyalar var. Moskva regionlararası istintaq idarəsinin nümayəndəsi Yelena Markovskaya toqquşma nəticəsində ən azı 17 insan həlak olduğunu deyib.
Publika.az xəbər verir ki, Vladimirski vilayətinin səhiyyə departamentinin məlumatına görə, yol-nəqliyyat hadisəsində ölənlərin sayı 19 olub.
“Son məlumatlara görə, 19 nəfər həlak olub, 34-ü sağdır. Sağ qalanlar müvəqqəti sığınacaq məntəqəsində yerləşdirilib. Həkimlər onlara psixoloji yardım edir. Bundan başqa, bədənlərin tanınması prosesi gedir”, - Vladimirski vilayətinin administrasiyasının səhiyyə departamentinin direktoru Aleksandr Kiryuxin bildirib.
Onun sözlərinə görə, hazırda hadisə yerində operativ qrup işləyir.
O, dəqiqləşdirib ki, hadisə nəticəsində 5 nəfər, həmçinin 2 uşaq zərər çəkib. Agentliyin həmsöhbətinin sözlərinə görə, uşaqlar vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
“Xəstəxanalarda başqa zərərçəkən yoxdur. Biz yalnız beş pasiyentlə işləyirik”, - Aleksandr Kiryuxin qeyd edib.
Fövqəladə Halla Hazirliyindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsinin nəticələrinin aradan qaldırılmasına 76 insan və texnikanın 20 vahidi cəlb edilib.
İlkin ehtimallara görə, avtobusun mühərrikinin nasazlığı yol-nəqliyyat hadisəsinin səbəbi ola bilər.
 
***
Rusiyanın Vladimirski vilayətində dəhşətli qəza baş verib.
Publika.az xəbər verir ki, dəmir yolu keçidi üzərində qatarın avtobusu vurması nəticəsində 17 nəfər həyatını itirib.
Ölənlər arasında 3 uşaq var. Xeyli yaralı var. Ölən və yaralananların hamısı avtobusun sərnişinləridir. Avtobusda ümumilikdə 56 nəfər olub.
İlkin məlumata görə, avtobus qadağanedici siqnala məhəl qoymayaraq dəmir yol keçidinə çıxıb. Qatar "Sankt-Peterburq – Nijni Novqorod" marşrutu üzrə hərəkətdə olub.
Ömər Dağlı
 

Загрузка...
Загрузка...