​Rusiyada dəhşətli partlayış: 3 ölü, 15 yaralı - Video

 
Rusiyanın Ryazan şəhərində 10 mərtəbəli binada qaz sızması nəticəsində güclü partlayış baş verib.
 
Axar.az xəbər verir ki, partlayış nəticəsində 3 sakin həlak olub, 15-i müxtəlif xəsarətlər alıb.
 
Binanın 9-cü mərtəbəsində partlayışın meydana gəldiyi bildirilib.
 
İlkin baxış zamanı 14 mənzilin tamamilə dağıldığı müəyyən edilib.
 
Dağıntılar altında 200 nəfərin qaldığı ehtimal olunur.
 
Olayla bağlı araşdırmalara başlanılıb.