Rusiyada “cəsus ovu” mövsümünə başlanıldı

Rusiyada “cəsus ovu” mövsümünə başlanıldıŞimali Qafqazda “ingilis cəsusları”
Rusiya müdafiə nazirliyinin “Şimali Qafqaz Hərb Dairəsi”nin ən böyük hərbi aerodromu Şimali Osetiyanın Mozdok şəhərində yerləşir. Ötən həftə Mozdok şəhərinin yaxınlığında “Rusiya Hərbi Hava Qüvvələrinin Kosmik Nəzarət Bazası”nın yaxınlığında İngiltərənin Moskvadakı səfirliyinin hərbi atteşeliyində çalışan mütəxəssislər həbs olunmuşlar. Elə həmin ərəfədə Moskva şəhərinin ətrafında yerləşən “Çkalovsk Hərbi Aerodromu” yaxınlığında ABŞ vətəndaşı həbs edilmişdir. Rusiya Hərbi Prokuorluğu Baş İstintaq İdarəsinin açıqlamasına görə həbs olunan hər iki ölkənin vətəndaşlarının üzərindən xüsusi fotoaparatlar və videotexnika tutulmuşdur. Hərbi Prokurorluq hərbi obyektlərlə bağlı video və foto çəkilişlər barəsində isə hər hansı bir açıqlama verməmişdir.
İstintaqın açıqlamasına görə, irəli sürülən versiyalar arasında polis patrul xidmətinin şübhəli şəxslər qismində əcnəbi vətəndaşları onların bulunduqları səfirliyə məxsus dövlət nişanlı diplomatik maşınların saxlanılması süjetindən ibarətdir. Polisin versiyasına görə isə, diplomatik nişanlı cip maşınlarının polis-patrul xidmətindən yayınmaq halları üzrə hərəkətdə olması və belə bir addımın şübhə doğurmasına səbəb olmuşdur.
İngiltərə səfirliyinin hərbi atteşesində çalışan Skott və onun hərbi hava qüvvələri üzrə eksperti Koatalen Hodconun polis-patrul xidmətindən qaçıb gizlənmək təşəbbüsündə olmaları versiyası isə indiki halda istintaq işinin əsas mövzusu kimi gündəmdədir. Rəsmi versiyada o da bildirilir ki, hər iki ingilis diplomatı Şimali Osetiyaya qeyri qanuni olaraq gəlmiş və qəsdən hərbi bazaları kənarda müşahidə etmək kimi fəaliyyətlərlə məşğul olmuşlar. Rusiya Xarici İşlər nazirliyinin açıqlamasında qeyd olunur ki, Skott İngiltərə ordusunun briqda generalı hərbi rütbəsinə malikdir. Dörd il bundan öncə Skott Şimali Qafqazın digər bölgələrinə səfərlər etmiş və hərbi bazaları qanunsuz şəkildə müşahidə edərkən polis-patrul xidməti tərəfindən həmin ərazilərdən uzaqlaşdırılmışdır.
Amerikalı professionallar
Rusiya Federal Təhlükəsizlik Xidməti və digər güvənlik quruluşları bildirirlər ki, Suriyada baş verən hərbi əməlliyyatlarla bağlı ölkə daxilində cəsus şəbəkələri də xeyli dərəcədə fəallaşmışlar. Xüsusilə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi bazalar incə bir şəkildə müxtəlif dövlətlərə məxsus cəsuslar tərəfindən diqqətlə müşahidə olunmaqdadır. Moskva şəhərinin yaxınlığında yerləşən “Çkalov adına Hərbi Hava Qüvvələri Bazası”nın yaxınlığında ABŞ səfirliyinin hərbi atteşesinin nümayəndəsi Pol Filmerin həbs edilməsi bu faktı bir daha üsbut edir. Onun müsadirə olunan fotoaparatında səmaya qlaxmış bir vəziyyətdə Rusiya aviasiya texnikasının fotoları çəkilmiş xeyli kadrlar qeydə alınmışdır. Rusiyada “cəsus ovu” mövsümünə başlanıldı
İstintaqın açıqlamasına görə, onun fotoaparatında uzaq məsafədən görüntüləri zərif və incə şəkildə qeydə alan fokus cihazı və radioskayner əldə edilmişdir. Bu cihazlar həm də istənilən təyyarənin pilotunun danışqlarını da qyedə almaq gücünə malikdir.
Həbs edilən zaman Pol Filmen bildirmişdir ki, o sadəcə “pleynspotter” həvəskarıdır. Elə bu məqsədlə də havaya uçan istənilən texnikanın fotosunu çəkir. O, həm də bildirmişdir ki, hər hansı bir səfirliyin əməkdaşı deyil. Bununla yanaşı, rus dilini mükəmməl şəkildə bilmir. Sadəcə Rusiyaya bir turist kimi gəlmişdir.
Bəs ekspertlər nə deyirlər?
Orta Şərq ölkələrində və xüsusilə də Suriyada hərbi əməliyyatlar zamanı Rusiya uzun müddət dirənişlər göstərsə də, nəticədə dolayı yolla olsa da məğıub olduğunu görərək öz hərbi qüvvələrini və bazalarını geriyə çəkməyə başlamışdır. Qərbə məxsus bir çox ölkələrin hərbi ekspertlərinin fikrincə Rusiyanın Ukraynanın Krım, Donbas və Donetsk vilayətlərini işğal etməklə Qara dəniz üzərindən Orta Şərq ölkələrini geniş miqyasda nəzarətdə saxlamaq planını qurmuşdu. Suriyanın ətrafındakı region dövlətləri qismində Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və İordaniya kimi güclü ölkələrin bir araya gəlməsi, vahid komandanlıq altında “Dəməşq böhranı”nın həll edilməsi yönündə ümumi razılığa gəlindikdən sonra, Rusiyanın “qara günləri” də başlamışdır. Ötən üç ay içində Suriyada məskunlaşan Rusiyaya məxsus hərbi qüvvələrin son dərəcə ağır itkilər verməsi böhranın Bəşər Əsəd kimi diktatorun müdafiə edilməsinin mənasız olduğunu bir daha sübut etdi. Orta Şərq siyasətində sarsılan Rusiya ölkədaxili siyasətə hesablanmış adıdmlar atmağa başlamışdır. Bu “xarici ölkə cəsuslarının ovu” planı adı altında həyata keçirilir.  (hurriyyet.az)