Rusiyada azərbaycanlı kriminal avtoritetin amansız qətli — VİDEO

 
2015-ci ildə Rusiyanın Voronej şəhərində yerləşən “Lesnaya skazka” kafesində Ukrayna vətəndaşı olan azərbaycanlının qətlə yetirildiyi anın videogörüntüləri yayılıb.
 
Ölkə.Az Report-a istinadən xəbər verir ki, Kamran Məmmədlinin amansız qətlinin videoyazısı bu gün - avqustun 31-də internetə yerləşdirilib.
 
Müşahidə kamerasından əldə olunan videoda Kamranın üç nəfərdən qaçmaq istədiyi görünür.
 
Təqibçiləri onu küçəyə çıxarırlar, Kamran çıxışda yerə yıxılır və hücum edən şəxslərdən biri kompüterin prosessorı ilə onun başına vurmağa başlayır. Kamran başından aldığı güclü zərbələrdən sonra tərpənmir və sözügedən şəxslər sakit şəkildə maşına minərək oranı tərk edirlər.
 
İstintaqın məlumatına görə, tanışlar arasında münaqişə saat 23:00-23:55 radələrində olub.
 
Nəticədə 32 yaşlı kişi 37 yaşlı kişiyə bıçaqla qarın nahiyəsindən zərbə vurub və üzünə tapançadan atəş açıb. Yaralı kişi kafedən çıxmağa cəhd edib, amma arxa çıxışın pilləkənində yıxılıb qalıb.
 
RİA “Voronej”in məlumatına görə, qətlə yetirilən 37 yaşlı şəxs Azərbaycandan olan kriminal avtoritet olub.
 
Onun həmyerliləri ilə münaqişəsi olub, kafedə görüş məhz bu mübahisəli məsələlərə görə təyin edilib.
 
İlkin məlumata görə, qatildən və qətlə yetirilən şəxsdən başqa kafedə iki tanış adam da olub. Tərəflər razılaşmaya gələ bilməyiblər.
 
Meyit arxa çıxışda olduğu üçün onu dərhal aşkar etməyiblər. Həlak olan kriminal avtoritetin Voronejdə qohumları yaşayır.
 
O, özü isə Moskvada yaşayırdı, amma buna baxmayaraq yerlilər ilə maraqların üst-üstə düşməməsi ucbatından münaqişə yaranmışdı.